AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb

  • + A
  • - A
  • 4-05-2022, 11:46

    Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb

    Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
    ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR