SOCAR “Azəriqaz” İstehsalat Birliyinin regionlarda təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti dayanacağı Balakən rayonu olub. Aksiyada cəmi 4 müraciət səsləndirilib. Mahamalar kənd sakini Günay Umarovanın istəyi fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub. Gərəkli kənd sakinləri-Cənnətey Zaxmayeva və Laura Kutlasova, həmçinin Qullar kənd sakini Namiq Novruzov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər. Vətəndaşlara məlumat verilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə qaz xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.