“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 6 yanvar saat 11:00-da başlayacaq. Görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən abonentlərə göstəriləcək elektron xidmətlər barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.