AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samux rayon sahibkarları növbəti mövsüm üçün müraciətlərini "Açıq mikrofon"da ünvanladılar

  • + A
  • - A
  • 3-05-2023, 17:44

    Samux rayon sahibkarları növbəti mövsüm üçün müraciətlərini "Açıq mikrofon"da ünvanladılar

    Ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrası istiqamətində SOCAR "Azəriqaz" İB-nin həyata keçirdiyi "Açıq mikrofon" aksiyasının növbəti ünvanı Samux rayonu olub. Aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi Taleh Şamradov çıxış edib. Qurum rəsmisi bölgələrdəki sahibkarlıq subyektlərinin qaz təchizatında üzləşdiyi problemlərin minimuma endirilməsi baxımından bu cür layihələrin müsbət tərəflərindən söz açıb. Mikrofon önünə keçən KOBİA nümayəndəsi də aksiyanı təqdirəlayiq hesab edib. "Səyyar qəbul otağı"na qatılan 10-a yaxın sahibkar debitor borcun ödənilməsində göstərilən köməkliyə görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Sahibkarlar cari ayın sonunadək istehlak edilən qaza görə ödənişlərin tam şəkildə ediləcəyini bildirərək onlara göstərilən dəstəyin və edilən güzəştlərin növbəti mövsümdə də davam edəcəyinə inandıqlarını bildiriblər. "Səyyar qəbul otağı"nda sahibkarlarla yanaşı, sakinlərin də müraciətləri qeydə alınıb.
    Gəncə RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini vurğulayıblar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR