SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub. Həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.