SOCAR "Azəriqaz" İB ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə "Açıq mikrofon" aksiyası Balakən rayonunda keçirilib. Tədbiri giriş sözü ilə Zaqatala RQİİ-nin rəis müavini açıq elan etdikdən sonra mikrofon önünə keçən KOBİA-nın nümayəndəsi də sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Müraciətlər siyahısında debitor borcun araşdırılması, qapı keçidinin quraşdırılması ilə yanaşı, bəzi hallarda qazın təzyiqinin zəif olması ilə bağlı məsələlər də yer alıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.