SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Səyyar qəbul otağı" Samux sakinlərinin ixtiyarında olub. Çobanabdallı kəndində baş tutan görüşdə vətəndaşlar qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri səsləndirmələri üçün "Açıq mikrofon"a üz tutublar. Aksiyaya Samux rayonunun Qarabağlılar kəndindən üz tutan sakinlər kəndin genişlənən ərazisində yaşadıqları ünvanlara küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər. Bundan əlavə görüş zamanı küçə qaz xəttinin dayaqlar üzərinə qaldırılması, qaz sayğacının əvəzlənməsi və fərdi qazlaşma ilə bağlı da müraciətlər ünvanlanıb. Aksiyaya Samux sakinləri ilə yanaşı, Goranboy rayonunun Bağçakürd kəndində yaşayan vətəndaşlar da qatılıblar. Görüş zamanı səsləndirilən hər müraciət Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.