AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qatil Vitali Allahverdinin dostu olmayıb

  • + A
  • - A
  • 27-09-2023, 23:46

    Qatil Vitali Allahverdinin dostu olmayıb

    Erməni terrorçusu Vitali Balasanyanın həbsi xəbəri yayılan kimi erməni və bizim bəzi sosial mediadan istifadə edənlər başlayıblar yazmağa ki, bəs Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırov ilə dostluq edib, Xocalıları geri qaytaran odur və sairə.
    Nəyə lazımdır bunlar ?
    Vitali ilə Allahverdi müharibədən öncə və sonra da dostluq etməyiblər. Rəhmətlik Allahverdi hər zaman deyirdi ki, " Bu oğraşın dini imanı puldur, anasını da satar pula görə"
    Bu sözlərdən sonra Qarabağın Aslanı Allahverdinin onunla dostluq etməsinə inana bilərsiz?
    Vitalinin həyatında cəmi bir dostu olub. Onunla birgə Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən, birlikdə Xocalı soyqırımını həyata keçirdiyi Serj Sərkisyan. Onlar 90-cı illərdən birgə Qarabağda erməniləri döyüşə qatmaq üçün iş görüblər. Müharibəyə getmək istəməyən ermənilərin qız gəlinlərin Serjlə birlikdə zorlayıb qorxu yaradıblar. Xocalıda insanlığa sığmayan vəhşətlər törədiblər. Körpə qızların və qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl əşya və dişlərini isə Vitali toplayıb. Yüzlərlə insana qarşı qətliam edən Vitali adlı terrorçu ilə Allahverdi necə dost ola bilərdi?
    Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub. Əgər belə dost idisə Allahverdinin getdiyi kənddən geri qayıdan yoluna necə mina basdıra bilərdi? Demək dostluq yox sadəcə Vitali pul qazanmağı düşünüb, meyid və əsir satmaqla. İllərdir mediada yayılan bu yanlış xəbərlərə konkret cavab verirəm:
    -Vitali Balasanyan ilə Allahverdi Bağırov ilk dəfə Xocalı faciəsi baş verəndən sonra tanış olublar. Özü də Əsgəran yaxınlığında 19-cu postda. Onların arasında əvvəldən heç bir dostluq olmayıb. Bu münasibətlər isə sadəcə Allahverdinin əsirləri və girovların geri qaytarılması üçün qurulub.
    Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi xanım Dürdanə Ağayeva müsahibəsində deyir:
    "O vaxt ermənilər əsirlərin müqabilində benzin, siqaret tələb edirdi. Amma Allahverdi Bağırov heç vaxt ermənilərin tələb etdiklərini anamdan istəməyib ki, məni azad etsin. Özü Ağdam camaatından ermənilərin istədiklərini yığıb verib ki, bizləri azad etsin"
    D.Ağayeva Xocalı sakinlərinə V.Balasanyanın göstərişi ilə işgəncə verildiyini bildirib:
    “Xocalı faciəsi zamanı Vitali Balasanyan ilana zəhər verən kərtənkələ rolunu oynayırdı. Şəxsən özü heç kimi vurub, işgəncə verməzdi. Ancaq kənardan durub tamaşa edirdi"
    Bu sözlər kifayət edir ki, Allahverdinin bu qatil ilə əlaqələri sadəcə əsir və girovların geri qaytarmaq üçün olub.
    Vitalinin Allahverdi ilə real həyatda müharibədən öncə də görüşü olmayıb. Vitalinin Allahverdi ilə bağlayan sadəcə əlaqə onun Ağdamda Bağırovlar ailəsinə məxsus restorana gəlib arada sovet dövründə yemək yeməsi olub. Başqa heç nə.....
    Erməni mediasında yazılır ki, guya Vitali Allahverdinin Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan o qoruyub. Lakin onun yalanı sonradan üzə çıxıb. Ağdam işğaldan azad edildikdən sonra şahidi olduq ki, Allahverdi Bağırovun məzarı demək olar ki, dağıdılıb və erməni vandalizminə məruz qalıb. Vitalinin Allahverdi ilə heç bir dostluq əlaqəsi olmadığını bu faktdan da görmək olar.
    Keçək Vitali Balasanyan
    Vitali Balasanyan Qarabağda dünyaya gəlib. 5 mart 1959-cu ildə. Uşaqlığı da, gəncliyi də orada keçib.1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandanlığı məhz Balasanyan edirdi. Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını təsdiq edən kadrlar da hazırda əlimizdə var.https://youtu.be/AiNAt3eKanI?si=_xzS7lmwDEpUag1G
    Başqa bir kadrlarda o etiraf edir:
    "1988-ci ilin 22 fevral məşhur, Əsgəran hadisələrinin təşkilatçı, atəş açan, öldürən, yaralayan mən olmuşam"
    Bayrağı təhvil verməyib təslim olan cəsur döyüşçü Natiq Qasımovu əsir alan da, dindirən də, işgəncə verən də və sonradan onun başına gətirilən bütün işlərin başında Vitali Balasanyan durub.
    1988-ci il 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi. Məhz bu zorlamada iştirak edən və iki azərbaycanlının qətl edilməsinin başında da bu Vitali dururdu. Bunu özü "News.am” saytına müsahibəsində də etiraf edib.

    366 saylı rus motoatıcı alayının köməkliyi ilə dinc insanlara qarşı törədilən vəhşilikdə “əfsanəvi general” ünvanı qazanan Vitali bəşəriyyətin rast gəlmədiyi yırtıcı idi.
    Xocalı soyqırımı barədə vaxtilə verdiyim müsahibəni də paylaşıram
    https://yenicag.az/ermeni-usagin-bedeninin-bir-parcasi-ile-anasinin-basina-o-qeder-vurdu-ki-zavalli-qadin-deli-olub-gulmeye-basladi-zorlanan-dag/

    Bütün bu faktlar sübut edir ki, Vitali Balasanyan qatildir, terrorçudur və ən ağır cəza almalıdır.
    Və bütün mediadan xahiş edirəm, sosial mediada aktiv olan insanlardan xahiş edirəm Xocalı qatili ilə Allahverdi Bağırov dost olublar kimi sözlərdən istifadə etməyin. Əfsanəvi Komandirin adın yırtıcı şəxslə birgə çəkməyin.
    Zaur Əliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR