AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidenti Nyu-Yorka səfər edib

  • + A
  • - A
  • 24-09-2018, 09:25

    Türkiyə prezidenti Nyu-Yorka səfər edib















    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirakı üçün Nyu-Yorka 4 günlük səfər edib.

    Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı safiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsun Ertan Yalçın qarşılayıblar.

    Nyu-Yorka səfər zamanı Türkiyə prezidentini xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbua katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR