İyulun 16-da İranın Mazandaran əyalətinin Gəluqah şəhərində 800 nəfər zəhərlənib.
Bu barədə əyalətin səhiyyə sistemi məlumat yayıb.
Bildirilib ki, Aşura günü münasibətilə paylanılan şərbətlərdən zəhərlənənlər xəstəxanalara köçürülüb.
Onların çoxu müalicədən sonra evə buraxılıb, bir neçəsinin isə vəziyyəti ağırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.