AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

  • + A
  • - A
  • 20-07-2025, 13:00

    Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

    Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının "Telegram" kanalında bildirilib.

    Bundan əvvəl Rusiya Federasiyasının Kamçatka vilayətindən 171 km məsafədə 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Zəlzələ 13 km dərinlikdə baş verib.

    Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 150 km məsafədə 5,3 maqnitudalı zəlzələ baş verib.

    İlkin məlumatlara görə, ikinci zəlzələ hiss olunub, intensivliyi 4 bal təşkil edib.

    Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR