AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko Rusiyanı təhdid etdi

  • + A
  • - A
  • 11-01-2019, 09:35

    Lukaşenko Rusiyanı təhdid etdi













    Rusiya və Belarus neft sahəsində vergi manevrləri ilə bağlı təzminatlar barədə razılıq əldə edə bilməsə, Moskva Minskin simasında qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.

    Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında deyib.

    A.Lukaşenko bildirib ki, Rusiya ilə razılaşmanın olmaması Belarus üçün faciəyə çevrilməyəcək:

    “Əgər Rusiya rəhbərliyi qərb istiqamətində yeganə müttəfiqini itirmək yolunu seçəcəksə, bu, onların seçimidir. Biz onları nəyəsə məcbur edə bilmərik”.

    A.Lukaşenko ölkə hökumətini Rusiyanın vergi manevrləri ilə bağlı Belarusun itkilərini kompensasiya etmək üçün etibarlı mənbələr axtarmağa çağırıb. O, əlavə edib ki, əlavə 400 milyon dollar qazanmaq Belarus üçün problem olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR