Hindistan 9 ayda Azərbaycandan 107 min tondan çox neft idxal edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 107 min 486,1 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin xəbərinə görə, bu həcmdə məhsulun dəyəri 53 milyon 534,4 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 10,2 dəfə, dəyəri isə 12,8 dəfə azalıb.
Hindistana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,6 % olub.
Xatırladaq ki, Azərbaycan 10 aylıq fasilədən sonra, bu ilin avqust ayında Hindistana xam neft tədarükünü bərpa edib. Avqustda Azərbaycan Hindistana ümumi dəyəri 781,5 min ABŞ dolları olan 1 min 747,1 ton xam neft ixrac edib.
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.