AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çavuşoğlu: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana vermək niyyətində deyil

  • + A
  • - A
  • 24-04-2019, 12:23

    Çavuşoğlu: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana vermək niyyətində deyil















    Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətər və Azərbaycana vermək niyyətində deyil.

    İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.

    “Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var”, – deyə Çavuşoğlu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR