AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada deputatların toxunulmazlığı ləğv edildi

  • + A
  • - A
  • 4-09-2019, 13:30

    Ukraynada deputatların toxunulmazlığı ləğv edildi

    Ukrayna Ali Radası yekun oxunuşda deputat toxunulmazlığının ləğvi haqqında qanun qəbul edib.

    “Qafqazinfo”nun “Ukrainskie vNovosti” portalına istinadən verdiyi xəbərə görə, prezident Vladimir Zelenskinin təklif etdiyi qanunu 373 deputat dəstəkləyib.

    Qanun Konstitusiyanın 80-ci maddəsində parlament üzvlərinin toxunulmazlığının təmin olunduğu barədə hissədə dəyişikliyi nəzərdə tutur. Belə ki, onların Rada və onun orqanlarında səsvermənin və ya ifadələrin nəticələrinə görə (təhqir və ya böhtana görə məsuliyyət istisna olmaqla) qanuni məsuliyyət daşımadığı, eləcə də parlamentin razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna, saxlanıla və ya həbs edilə bilməməkləri barədə qərarlar ləğv olunub.

    Yeni qanun 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR