AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşada şok: Anasının ölümündən 56 gün sonra dünyaya gəldi

  • + A
  • - A
  • 6-09-2019, 10:21

    Polşada şok: Anasının ölümündən 56 gün sonra dünyaya gəldi

    Polşanın Krakov şəhərindəki universitet xəstəxanasında anasnın ölümündən 56 gün sonra bətnindəki uşağı xilas edə biliblər.
    Qaynarinfo xəbər verir ki, bu haqda Polşanın Gazeta.pl saytı məlumat verib.

    Məlumata görə, ana hamiləlik dövründə dünyasını dəyişib. O, hamilə qaldıqdan beş ay sonra səhhətində ciddi problemlər olduğu üçün xəstəxanaya yerləşdirilib. Bundan sonra beyin ölümü keçirib. Ancaq həkimlər bətndəki körpənin tam inkişafını təmin etmək üçün ananın zəruri həyat funksiyalarını saxlamağa çalışıblar.

    Uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilib.

    Doğulan qız uşağının 1250 qram çəkisi var. Uşaq anasının valideynləri ilə birgə xəstəxananı tərk edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR