AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqda iğtişaşlarda ölü sayı 120-yə çatdı

  • + A
  • - A
  • 7-10-2019, 09:35

    İraqda iğtişaşlarda ölü sayı 120-yə çatdı

    Son iki gündə İraqda baş verən iğtişaşlarda 15 nəfər həlak olub.
    “Ölkə.Az” azərtac-a istinadən xəbər verir ki, oktyabrın 1-dən bu günə kimi İraqda polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb.

    Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.
    Baş verən hadisələr səbəbindən Bağdadın qubernatoru Fəllah əl-Cəzairi dünən istefa verib.

    İraqın Baş Naziri Ədil Əbdül Mehdi bəyan edib ki, etirazçıların bütün tələbləri nəzərə alınacaq. O qeyd edib ki, hökumətdə ciddi dəyişikliklər gözlənilir. Belə ki, Ali Məhkəməyə geniş səlahiyyətlər veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR