AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putinin reytinqi tarixi MİNİMUMA DÜŞDÜ...

  • + A
  • - A
  • 30-07-2020, 11:21

    Ona etimad səviyyəsi 2017-ci ilin noyabr ayı ilə müqayisədə 36% azalıb...

    Putinin reytinqi tarixi MİNİMUMA DÜŞDÜ...
    İyulun 29-da “Levada” Sosioloji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir ki, Rusiya Prezidenti V.Putinə etimad səviyyəsi hər zamankından ən aşağı həddə çatıb.

    AzadMedia.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, sorğu zamanı respondentlərdən digərlərindən daha çox güvəndikləri beş-altı siyasətçinin adını çəkmələri istənilib.

    Səsvermənin nəticələrinə görə, respondentlərin 23% -i Putinə etibar edir - bu iyun ayındakından 2% və ilin əvvəlindəkindən isə 12% azdır. 2017-ci ilin noyabr ayı ilə müqayisədə Putinin etibar reytinqi 36% azalıb.

    Rusların etibar etdiyi siyasətçilər arasında Mixail Mişustin (10%), Vladimir Jirinovski (10%), Sergey Şoyqu (10%), Sergey Lavrov (6%), Gennadi Zyuganov (4%) da var.



    "Dojd" telekanalının saytı xəbər verir ki, bəhs edilən sorğuda iştirak edənlərin 3% -i qətllərin təşkili ittihamı ilə həbs olunan Xabarovsk vilayətinin keçmiş qubernatoru Sergey Furqala güvəndiyini bildirib: reytinqdə o, Pavel Qrudinin, Aleksey Navalnı və Dmitri Medvedevi üstələyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR