AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vladimir Putinin illik böyük mətbuat konfransı başlayıb

  • + A
  • - A
  • 23-12-2016, 14:18

    Vladimir Putinin illik böyük mətbuat konfransı başlayıb




















    Moskvada Beynəlxalq Ticarət Mərkəzində Rusiya prezidenti Vladimir Putinin sayca 12-ci illik böyük mətbuat konfransı başlayıb.

    "Report" xəbər verir ki, bu il V.Putinin brifinqinə Rusiya və xarici KİV-dən rekord sayda - 1437 jurnalist akkreditə olunub. Xatırladaq ki, əvvəlcədən mətbuat konfransının dekabrın 22-də keçirilməsi planlaşdırılsa da, Rusiyanın Tükiyədəki səfiri Andrey Karlovun ölümü səbəbi ilə Rusiya prezidenti ilk dəfə brifinqin vaxtını dəyişib, bir gün sonraya ertələyib. Dekabrın 22-də V.Putin Ankarada öldürülən səfirlə vida mərasimində iştirak edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, cari mətbuat konfransında əsas mövzular Rusiya iqtisadiyyatı və sosial sahələr, eləcə də dünyada, xüsusilə Suriya vəziyyət olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR