AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diri-diri yandırılan türklərin müəmmalı çıxışı — bu İŞİD-in yeni oyunudur?

  • + A
  • - A
  • 24-12-2016, 10:31

    Diri-diri yandırılan türklərin müəmmalı çıxışı — bu İŞİD-in yeni oyunudur?

















    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Al-Babda döyüşlər zamanı 16 Türk əsgərinin şəhid olduğunu bildirib.

    Döyüşlər zamanı 200 terrorçu məhv edilib. Ərdoğan bu səbəbdən də, İŞİD terrorçularının Türkiyəyə qarşı təzyiqləri artırdığını deyib. Onun sözlərinə görə, məhz buna görə, terrorçular çaşqınlıq yaratmaq istəyir.

    Qeyd edək ki, onların bu əməllərindən biri də, 2 türk əsgərinin diri-diri yandırmasıdır. İŞİD terrorçuları bu vəhşiliyi Türkiyədən intiqam almaq məqsədilə törətdiklərini bildiriblər. Onlar Türkiyəni İslam dininə xəyanət etməkdə günahlandırırlar.

    Maraqlıdır ki, qətlə yetirilməmişdən əvvəl türklərdən biri Türkiyə hökumətinə qarşı çıxış edib. O, türk əsgərlərinə müraciət edib:
    “Çalışın İŞİD-in torpaqlarından çıxıb gedin. Sonra bizim günümüzə düşərsiz. Biz çoxdan əsir düşmüşük. Lakin bizim taleyimiz Türkiyə hökumətinin vecinə deyil. Siizn övladlarınız da bir gün bizim yerimizdə ola bilər”.

    Çox guman ki, bu İŞİD-in yeni qurmasıdır. Onlar bu video görüntülərlə insanlarda xof yaratmaq istəyirlər. Yüksək keyfiyyətlə çəkilən həmin görüntülərdə baş verənlər isə müəmma olaraq qalır. Ola bilsin ki, bu terrorçuların yeni oyunudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR