AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şoyqu və Lavrov İrəvana gəldi – Yeniləndi

  • + A
  • - A
  • 21-11-2020, 11:48



    Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana gəlib.

    Bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətindən bildirilib.

    “Lavrov İrəvandadır”, – deyə nümayəndə heyətindən bildiriblər.

    Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın qurumlararsı nümayəndə heyətinin yaxın günlərdə İrəvana və Bakıya səfər edəcəyini bildirmişdi.

    ***

    10:49

    Ermənistana gələn Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin baş naziri Nikol Paşinyanla görüşür.

    Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan “RİA Novosti”yə bildirib.

    “Rusiyanın müdafiə naziri Ermənistana gəlib. O, hazırda baş nazirlə görüşür”, – deyə M.Gevorqyan deyib. O, digər təfərrüatları açıqlamayıb.

    Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Ermənistana səfəri gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR