AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi - SƏBƏB

  • + A
  • - A
  • 9-04-2021, 07:46


    "Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilib ki, rus sülhməramlıları Şuşa şəhəri yaxınlığındakı "sərhəd xəttindəki" qaz kəmərinin zədələnmiş hissəsinin bərpası zamanı təhlükəsizliyi təmin ediblər:

    "Humanitar minatəmizləmə bölməsinin istehkamçıları borunun zədələnmiş hissəsində partlayıcı maddə olub olmadığını araşdırdılar. Humanitar Reaksiya Mərkəzinin hərbi qulluqçuları təmir xidmətinin nümayəndələrini qəza yerində müşayiət edərək, qaz kəmərində təmir və bərpa işlərinin təhlükəsiz aparılmasını təmin ediblər".

    Məlumatda sülhməramlıların Qarabağdakı ermənilərə humanitar yardım etdikləri də qeyd olunub.

    "Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən Dağlıq Qarabağa köçürülmüş humanitar yardımların Əsgəran (Xocalı - red.) bölgəsinin Xanatax kəndinə çatdırılmasını təşkil etdilər. Humanitar aksiya zamanı Rusiya sülhməramlıları çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və qaçqınlara qatlanan çarpayıları, yorğanları, yastıqları, yemək bişirmək üçün qaz piltələri, qida məhsulları və digər zəruri ehtiyacları təhvil verdilər.

    Ailələrə kömək etməklə yanaşı, diaqnostika və xəstələrin qəbulu və müalicəsinin təşkili üçün qan təzyiqi monitorları, ürək dərəcəsi monitorları, qan şəkəri ölçən cihazları, termometrlər və digər tibbi avadanlıqları tibb mərkəzlərinə verdilər", - deyə Rusiya MN-dən bildirilib.

    (Modern.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR