AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli məşhurlar ermənilərin 2 yaşlı Zəhraya qarşı törətdiyi vəhşilikdən yazdı

  • + A
  • - A
  • 7-07-2017, 11:10

    Türkiyəli məşhurlar ermənilərin 2 yaşlı Zəhraya qarşı törətdiyi vəhşilikdən yazdı

















    Türkiyəli məşhurlar Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazıb.

    Oxu.Az xəbər verir ki, müğənni, aktyor, rejissor Mahsun Kırmızıgül erməni əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilən 18 aylıq körpə Zəhra ilə bağlı paylaşım edib.

    “Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Burada uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı bu kimi alçaq hücumlar kim tərəfindən törədilirsə, min dəfə lənət olsun”, – deyə M.Kırmızıgül sosial şəbəkədə şərh bildirib.

    Türkiyəli müğənni, aktrisa, aparıcı Hülya Avşar Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Milliyet” onlayn qəzetinə verdiyi müsahibəni “Instagram” hesabında paylaşıb.

    “Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və milliətindən asılı olmayaraq, bu hadisəni törədənlər cəzasız qalmamalıdır. 2 yaşında körpə vəhşicəsinə qətlə yetirilib! Bu, insanlığa sığmayan bir hücumdur. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız bir araya gələrək bu hadisəni qınamalı, insan haqları qurumlarına haraya baxdıqlarını və bunu törədənlərin niyə cəzasız qaldıqlarını soruşmalıyıq. Baş verənlərin qarşısını almaq lazımdır və sivil xalqın hədəfə alınması qəbul edilməzdir. Bunun bir adı var – Terror və faşizm!”

    Müğənni Hadise isə sosial şəbəkədə “Canım yanır… 2 yaşlı bir körpə… Kədərli ana… Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm” şərhini yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR