AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FETÖ-nün 15 iyul çevriliş cəhdi baş tutsaydı Türkiyənin şərqində “erməni dövləti” qurulacaqdı - Sensasion plan üzə çıxdı

  • + A
  • - A
  • 19-07-2017, 12:36

    FETÖ-nün 15 iyul çevriliş cəhdi baş tutsaydı Türkiyənin şərqində “erməni dövləti” qurulacaqdı - Sensasion plan üzə çıxdı
















    FETÖ-çülərə qarşı mübarizəsi ilə tanınan keçmiş hərbi prokuror Əhməd Zəki Üçok, 15 iyulda Türkiyədə çevriliş cəhdinin baş tutacağı halda ölkəni gözləyən təhlükələrdən danışıb

    Çevriliş cəhdinin uğurlu olacağı halda Türkiyənin parçalanacağı, qardaş ölkənin ərazisində erməni və kürd “dövlətlərinin” qurulacağını deyib.

    "Darbe başarılı olsaydı katliam olacaktı"

    “Çevriliş cəhdi baş tutsaydı Türkiyə yenidən ABŞ-ın əlaltısına çevriləcəkdi. Türkiyənin cənub -şərqində kürd, şərqində isə erməni “dövlətləri” qurulacaqdı. Türkiyə hissələrə parçalanacaqdı.Daha sonra, Türkiyədə böyük bir qırğın olacaqdı. FETÖ ölkədə özlərinə müxalif gördükləri hər kəsi mühakiməsiz öldürəcəkdi.

    Çevrilişdən sonra Türkiyənin başına gətirəcəkləri yeni adam mütləq və mütləq kəşfiyyat təşkilatlarının əmrində olacaqdı.Türkiyə kəşfiyyat təşkilatlarının istədiyi bir şəkildə idarə ediləcəkdi. Adımız bəlkə də Türkiyə Cumhuriyyəti qalacaqdı, amma ölkə ABŞ-ın forpostu olacaqdı” deyə Uçok qeyd edib. (Avropa.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR