"Gürcüstan hökuməti koronavirusun üçüncü dalğasından sonra quru sərhədləri açmağı planlaşdırır".
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ növbəti bir neçə həftə ərzində müzakirə olunacaq:
“Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Məsələ, yəqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.