Fransada gələn il keçiriləcək prezident seçkilərinin tarixi bəlli olub.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ildəki seçkilərin ilk turunun aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçirilməsi planlaşdırılır.
Fransa konstitusiyasına görə, Prezidentlik vəzifəsinin təhvil verilməsi 13 may 2022-ci ildən öncə baş tutmalıdır. Bu, Beşinci Respublikanın 12-ci prezident seçkisi olacaq.
Milli Cəbhə Partiyasının lideri Marine Le Pen, “Ayağa qalx, Fransa” partiyasının lideri Nikolas Dupont-Aignan, “Boyun əyməyən Fransa” partiyasının lideri Cin-Luk Melenxon və Havier Bertrantın rəsmi olaraq namizədlikləri elan olunub. Anne Hidalqo və mövcud prezident Emmanuel Makronun da namizəd olması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.