AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Putinə diplomatları ölkədən qovduğu üçün təşəkkür etdi

  • + A
  • - A
  • 11-08-2017, 12:19

    Tramp Putinə diplomatları ölkədən qovduğu üçün təşəkkür etdi













    ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

    "Reuters" xəbər verir ki, təşəkkürün səbəbi Putinin amerikalı diplomatları ölkədən xaric etməsidir. Hadisədən 2 həftə sonra səssizliyini pozan ABŞ səfirliyi bildirib ki, Tramp "Rusiyaya ABŞ diplomatlarını ölkədən xaric etdiyi üçün çox təşəkkür edirəm, çünki indi biz daha az maaş ödəyəcəyik. Onların Rusiyaya geri qayıtması üçün artıq bir səbəb yoxdur, bununla biz çoxlu pula qənaət etmiş olacağıq" deyib.

    Qeyd edək ki, bu addım ABŞ Rusiya əleyhinə sanksiya layihəsini qəbul edəndən sonra atılıb.

    Trampın bu fikri 2012-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfri postunda çalışmış Maykl Makfaul tərəfindən tənqid edilib və o, bu şərhi utancverici, qeyri-vətənpərvər və cahil adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR