AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada 217 nöqtədə meşə yanğını davam edir

  • + A
  • - A
  • 2-08-2021, 17:27


    Rusiyanın şərqində davam edən meşə yanğınlarını söndürmək üçün əməliyyatlar davam edir.

    Bu haqda məlumatı ölkənin Federal Meşə Agentliyi açıqlayıb.

    Məlumata əsasən, dünən 36 nöqtədə meşə yanğını nəzarət altına alınıb.

    Lakin bununla belə, avqustun 1-nə olan məlumata görə, 217 nöqtədə ümumilikdə 837 813 hektar ərazidə yanğınlar davam edir.

    Bildirilir ki, yanğınların 115-i Yakutiyada, 51-i İrkutsk bölgəsindədir.

    Agentlik həmçinin qeyd edib ki, yanğının söndürülməsində 5 minə yaxın insan və yüzlərlə maşın iştirak edir.

    Qeyd edək ki, Sibirdə iyul ayında başlayan yanğınlarda bu günə qədər təqribən 1,3 milyon hektar meşəlik ərazi yanaraq külə dönüb. Həmçinin, bölgədə fövqəladə vəziyyət elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR