ABŞ prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə əlaqədar yaxın bir neçə gün ərzində ölkə vətəndaşlarına müraciət edəcək.
Bu barədə “CNN” telekanalı Vaşinqton administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
C.Bayden hazırda Merilend ştatındakı Kemp-Devid iqamətgahındadır. Ağ Evin 13 avqustda yaydığı qrafikə əsasən, dövlət başçısı 18 avqusta qədər orada qalmaq niyyətindədir. Telekanal qeyd edir ki, Baydenin Kemp-Deviddən çıxış edəcəyi və ya bunun üçün Ağ Evə qayıdacağı barədə hələlik qərar verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.