AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir ölkə İŞİD-dən təmizləndi

  • + A
  • - A
  • 29-08-2017, 11:59

    Daha bir ölkə İŞİD-dən təmizləndi














    Daha bir ölkə İŞİD-dən təmizləndi

    Livan ordusu avqustun 19-dan etibarən İŞİD terror təşkilatına qarşı başlatdığı əməliyyatı başa çatdırıb.

    Ordudan verilən rəsmi açıqlamada "Dağların şəfəqi” adlı hərbi əməliyyatlar çərçivəsində Livanın terrorçulardan tamamilə təmizləndiyi və bölgənin nəzarət altına alındığı bildirilib.

    Ordu komandirinin mətbuata verdiyi məlumata görə, son İŞİD üzvü bölgəni dünən gecə saatlarında tərk edib və beləliklə, əməliyyat başa çatıb. Sərhəd təhlükəsizliyi bərpa edilib və keçid nöqtələrinə əsgərlər yerləşdirilib.

    Media nümayəndələri əməliyyatın aparıldığı bölgələrdə tura çıxıb və "Dağların şəfəqi”nin izi ilə İŞİD-in məhv edildiyi yerləri əyani olaraq seyr edib.

    Hazırda Livan ordusu və Hizbullah təşkilatı bölgədə İŞİD tərəfindən qazılan mağaraları, hazırlanan barrikadaları və basdırılan minaları məhv etmək işləri aparır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR