Kabildə İdqah məscidinin yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Yaralıların sayının isə 32 nəfər olduğu bildirilir. Agentlik yerli mənbələrə istinadən xəbər verir ki, ölən və yaralıların sayında artımın olması gözlənilir.
Mənbə: “RİA Novosti”
17:27
Kabildə İdqah məscidinin yaxınlığında törədilən partlayış nəticəsində azı səkkiz nəfər həyatını itirib.
Mənbə yazır ki, partlayış nəticəsində daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata əsasən, partlayış İŞİD terrorçuları tərəfindən həyata keçirilib.
Xatırladaq ki, güclü partlayış Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahidin anasının dəfn mərasiminin keçirildiyi ünvanda baş verib.
Partlayışdan dərhal sonra “Taliban”la İŞİD silahlıları arasında şiddətli atışmanın başladığı bildirilir.
Mənbə: “Al Jazeera”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.