AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali İraq Kürd Muxtariyyətinə ağır zərbə — İraq Ali Məhkəməsi Bərzani barədə cinayət işi açıb

  • + A
  • - A
  • 28-09-2017, 09:28

    Şimali İraq Kürd Muxtariyyətinə ağır zərbə — İraq Ali Məhkəməsi Bərzani barədə cinayət işi açıb














    İraq Ali Məhkəməsi Şimali İraq Kürd Muxtariyyətinin lideri Bərzani barədə cinayət işi açıb.

    “Ölkə.Az” xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının spikeri Abdussettar Bayraktar bəyanat verib. O, bildirib ki, Bərzani İraqın qanunlarını pozub.

    “Bərzani İraq Ali Məhkəmənin referendumun keçirilməsini qadağan edən qərarı ilə hesablaşmayıb. Bununla da, o, İraq qanunlarını pozub. İraq qanunlarına görə, Şimali İraq Kürd Muxtariyyətinin referendumu qanunsuz sayılır. Şimali İraq Kürd Muxtariyyətinin lideri Bərzani və digər şəxsləri barədə cinayət işi açılıb. Onların İraq qanunlarına təslim edilməsi üçün barələrində axtarış hökmü çıxarılıb”, - deyə məhkəmə rəsmisi bildirib.

    Qeyd edək ki, sentyabrın 17-də İraq Ali Məhkəməsi Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirmək istədiyi referendum qərarını ləğv edib. Məhkəmə dövlətin tələbini və seçkinin qanuna zidd olmasını əsas gətirərək, referendumun keçirilməsini dayandırıb. Bu qərarın qəbul olunmasına baxmayaraq, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirilib. Nəticələrə əsasən kürdlər müstəqilliklərini qəbul ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR