Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı bir zamanda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarə göndərib.
2 rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir.
Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayıb. İddialara görə, Belarus hərbçiləri qaçqınları qarşı tərəfə keçməyə təhrik etmək üçün silahdan istifadə edib. Yüzlərlə qaçqının müxtəlif yollardan istifadə edərək Avropa Birliyinin sərhədi sayılan Polşaya keçmək cəhdi Avropanı hərəkətə keçirib. Avropalı nümayəndələr Varşavada təcili toplantı keçirəcək.
Qeyd edək ki, Avropa tərəfi gərginliyə görə Vladimir Putini ittiham edir. Onlar iddia edir ki, Putin bu yolla Avropanı xaosa sürükləməyə çalışır. Polşa isə Lukaşenkonu günahlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.