AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"ABŞ Konsulluğumuza basqın etdi" — Rusiyadan ŞOK İDDİA

  • + A
  • - A
  • 3-10-2017, 11:00

    "ABŞ Konsulluğumuza basqın etdi" — Rusiyadan ŞOK İDDİA














    Rusiyanın xarici işlər nazirliyi yeni iddia səsləndirib

    ABŞ nümayəndələri Rusiyanın San-Fransisko şəhərindəki baş konsulluq binasını tamamilə ələ keçiriblər. Binanın giriş qapıları qırılaraq axtarış aparılıb.

    Açıqlamada deyilir: "Bütün xəbərdarlıqlara rəğmən, ABŞ hökuməti qeyri-qanuni niyyətlərindən vaz keçməyib. Rusiyanın San-Fransiskodakı baş konsulluğunun bütün binaları tamamilə işğal edilib. Amerikan təmsilçiləri ötən ilin dekabr ayından bu yana 5 diplomatik müəssisəmizi zorla işğal edib. Bu gün də qapılar qırılıb, içəridə axtarış aparılıb".
    Rus diplomatik və konsulluqlarının toxunulmazlıqlarının ləğv edilməsinə binalara girilməsinə və işğalına icazə vermədiklərini qeyd edən XİN : "Hazırda orada olan amerikan agentlərini heç kəs dəvət etməyib. Onlar işğalçıdırlar. Onların fəaliyyəti qarşılıqlı münasibətlər tarixində misli görülməyən davranışlardır"-deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR