Somalidə partlayış qurbanlarının sayı 23-ə çatdı
AZTB.info-nun Trend-ə verdiyi məlumata əsasən, hadisə nəticəsində 30-dan çox adam yaralanıb.
Hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə yerləşdirilən partlayıcı qurğunu işə salıb.
Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.