Suriyada İsrailin hücumu nəticəsində bir əsgər həlak olub.
Azadmedia.az rus kiv-lərinə istinadən xəbər verir ki, bu barədə SAR silahlı qüvvələrinin komandanlığı bildirib.
5 Suriya əsgərinin yaralandığını qeyd edən mənbə maddi itkilərin də qeydə alındığını bildirib.
Qeyd olunur ki, söhbət “yer-yer” tipli raketlərdən gedir. Mərmilər Dəməşq yaxınlığındakı bir neçə hədəfə düşüb.
Bundan əvvəl İsrailin Livanın paytaxtının cənub-şərqindəki bir nöqtədən hava zərbələri endirdiyi, həmçinin Qolan təpələrindən Dəməşq ətrafına hücum etdiyi bildirilmişdi. Suriyanın hava hücumundan müdafiə sistemləri hücumu dəf edib.
İsrail Müdafiə Qüvvələri zenit raketinin buraxılmasına cavab olaraq SAR-ın hava hücumundan müdafiə qüvvələrinə hücum etdiyini bildirib.
Dekabr ayında Suriya hava hücumundan müdafiə qüvvələri Dəməşq Beynəlxalq Hava Limanına İsrailin F-16 qırıcıları tərəfindən atılan 7 raketi vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.