Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması üzrə danışıqların ikinci raundu martın 2-də baş tuta bilər.
AzadMedia.az xəbər verir ki, bu barədə "UNIAN" agentliyi məlumat verib.
Rusiya mətbuatının məlumatına görə, danışıqlar aparan şəxslər görüş yerinə bu gün axşam saatlarında gəlməyə başlayacaqlar.
Xatırladaq ki, ilk tur dünən baş tutub. Görüşdə hərbi əməliyyatların dayandırılmasına kömək edə biləcək bir sıra prioritet məsələlər müəyyən edilib. Daha sonra nümayəndə heyətləri məsləhətləşmələr üçün paytaxtlara qayıdıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.