AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanadanın sabiq müdafiə naziri — "Yadplanetlilərlə görüşdük"

  • + A
  • - A
  • 27-11-2017, 12:45

    Kanadanın sabiq müdafiə naziri — "Yadplanetlilərlə görüşdük"













    1960-cı illərdə Kanadanın müdafiə naziri postunu tutan Pol Hellyer yadplanetlilərlə bağlı çox maraqlı açıqlama verib.
    Hellyer keçmişdə rəsmilər tərəfindən sərt şəkildə yalan olduğu bildirilən yadplanetlilər mövzusunda danışıb: "Dörd növ yadplanetli dünyamıza gəldi. Amma biz onları vurduq. Yadplanetlilərlə təması ört-basdır etmək üçün trilyonlarla dollar xərclədik".

    Pol 1963-1967-ci illər arasında Kanadanın müdafiə naziri işləyib. Hellyer keçmişdə də yadplanetlilər mövzusunda şok açıqlamalar vermişdi. Sabiq nazir 1960-cı illərdə yadplanetlilərlə əlaqəyə girildiyini bildirib: "İllər əvvəl başqa planetlərdən ziyarətçilər gəldi və dünyanın gedişatı mövzusunda bizi xəbərdar etdilər. Onlar bizə yardım təklif etdilər. Biz isə buna rəğmən onları təhdid kimi qəbul etdik və öncə atəş açdıq sonra isə suallar verdik".

    Soyuq Müharibə illərində yadplanetlilərlə əlaqə qurulduğunu bildirən sabiq nazir davam edib: "1961-ci ildə Soyuq Savaş dövründə 50 UNO Rusiyadan Avropaya doğru enməyə başladı. Komandanımız çox təşviş keçirirdi və ordunu hazırlıq vəziyyətinə gətirdi. Sonra istintaq başladı və 3 il sonra məlum oldu ki, 4 fərqli yadplanetli dünyaya səfər edib".
    Hellyer yadplanetlilərin fərqli ulduz sistemlərindən gəldiyini söyləyib: "Bunlar Andromeda və digər ulduzlardan gəlirlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR