AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır

  • + A
  • - A
  • 27-04-2022, 20:40

    Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır


    Rusiya Yaponiya səfirliyinin səkkiz əməkdaşını ölkədən çıxarır.

    AzadMedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onlar mayın 10-dək Rusiya ərazisini tərk etməlidirlər. Aprelin 27-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb və ona bildirilib ki, Rusiyanın Ukraynada əməliyyatı başlayandan rəsmi Tokio açıq-aşkar anti-Rusiya kursu götürüb və qarşılıqlı faydalı əməkdaşlığın pozulmasına səbəb olub.

    "Bu xəttin apoteozu səkkiz rus diplomatının Yaponiyadan qovulması olub. Rusiya tərəfi qarşılıqlılıq prinsipini rəhbər tutaraq, 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib", - nazirliyin bəyanatında deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR