Hindistanda polislə əhali arasında qarşıdurma — ölənlər var
Hindistanda polislə əhali arasında qarşıdurma baş verib.
Qarşıdurma zamanı dinc əhalidən 2 nəfər ölüb.
İnsident ölkənin Bxanqar rayonunda baş verib. Ərazidə infrastruktur tikintisi əhalinin etirazlarına səbəb olub. Tikinti yerindən keçən yüksək gərginlikli elektrik xətləri insanları narahat etdiyi üçün etirazlar başlayıb.
Polis etirazı yatırmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.