AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Pelosinin Tayvana səfəri təxribat xarakterlidir" - Peskov

  • + A
  • - A
  • 2-08-2022, 18:20

    "Pelosinin Tayvana səfəri təxribat xarakterlidir" - Peskov


    Kremlin sözçüsü Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfərinin bölgədəki gərginliyi artırdığını bildirib.

    Bununla bağlı Peskov paytaxt Moskvada jurnalistlərə gündəmə bağlı qiymətləndirmələr edərkən deyib.

    Pelosinin Tayvanı ziyarət edib-etməyəcəyinin hələ dəqiq olmadığını vurğulayan Peskov, “Bu tur və Tayvana mümkün səfərlə bağlı hər şey tamamilə təxribatçıdır. Bu, vəziyyəti təhrik etsə də, gərginliyin artmasına gətirib çıxarır", - deyib.

    Baş verənlərlə bağlı Rusiyanın Çinlə tam həmrəy olduğunu vurğulayan Peskov, “Təbii ki, biz bir daha Çinlə tam həmrəyik. Onların bu məsələyə çox həssas münasibətini başa düşürük və haqlıdırlar”.

    ABŞ-ın bu həssaslığa hörmət etmək əvəzinə qarşıdurma mövqeyi tutduğunu ifadə edən Peskov, “Bu, yaxşı əlamət deyil. Biz burada ancaq kədərimizi ifadə edə bilərik”, - deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR