AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Suriyada İŞİD və İranla mübarizə aparılacaq” — ABŞ-dan bəyanat

  • + A
  • - A
  • 12-01-2018, 11:24

    “Suriyada İŞİD və İranla mübarizə aparılacaq” — ABŞ-dan bəyanat















    ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirəcək.
    Bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib. Onun sözlərinə görə, Rusiyanın bəyan etdiyi kimi Suriyada terrorçulara tam qələbə çalınmayıb.

    “Rusiya Suriyada İŞİD terror təşkilatının tam məğlub olduğu barədə bəyanat verib. Lakin ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri hələlik Suriyada tam qələbənin təmin edilməsindən əmin deyil. Hələ də Suriyada İŞİD terroçuları var. ABŞ İŞİD üzərində tam qələbəni təmin etmək üçün mübarizəni davam etdirəcək”, - deyə Devid Satterfild bildirib.
    ABŞ rəsmisi əlavə edib ki, İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq: “Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR