AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlərdən xəbərsiz satılan ərazi — Alyaska ABŞ-a niyə verilib?

  • + A
  • - A
  • 24-01-2018, 10:44

    Nazirlərdən xəbərsiz satılan ərazi — Alyaska ABŞ-a niyə verilib?














    Alyaska ABŞ-ın ən şimal və ən iri ştatıdır. Ştat Şimali Amerikanın şimali-qərbində yerləşir.Alyaskada yaşayan yerlilərin 15-40 min il bundan əvvəl Berinq körfəzini keçərək Amerika qitəsinə yerləşən ilk mühacirlərin nəslindən olduqları ehtimal edilir. Eskimoslar və aleutlar isə, bir ehtimala əsasən, Alyaskaya 3-8 min il əvvəl gələn, Şimal Qütbü xalqlarının törəmələridir.
    “Ölkə.Az” bu gün Alyaskanın Amerika Birləşmiş Ştatlarına satılması barədə məqaləni oxucuları ilə bölüşür.

    Alyaskadakı ilk avropalılar, Kodiak Adasında olan Three Saints (Üç Əzizlər)-ə 1784 ilində yerləşən rus kürk tacirləri idi. Bölgə, 1799dan 1867ə qədər bir rus-amerikan şirkəti tərəfindən idarə olundu. ABŞ xarici işlər naziri Uilliyam H. Sevard, bölgənin ABŞ-a satılmasını təsdiqləyən sənədi 1867-ci ildə imzaladı. Rusiya çarı İmperator II Aleksandr Alyaskanı lazımsız hesab edərək, cəmi 7,2 milyon dollar müqabilində ABŞ-a satmışdır. Əhəmiyyətli qızıl qaynaqlarının kəşfi 1880-ci illərdə və 1890-cı illərdə çox sayda amerikalının Alyaskaya yerləşməsinə səbəb oldu və ABŞ Konqresi 1912-ci ildə Alyaska Torpaqlarını qurdu. II. Dünya Müharibəsi əsnasında yaponların bölgədəki fəaliyyəti Alyaskada müdafiə etmə təsisləri qurulmasını zəruri etdi. Alyaska 3 yanvar 1959-da 49-cu əyalət olaraq ABŞ-a qatıldı. 1968-də Şimal Qütbü sahil düzənliyində neft və təbii qaz yataqları tapılmasıyla daha da inkişaf etdi.



    150 il əvvəl Vaşinqtonda Rusiya və ABŞ arasında Alyaskanın Amerikaya verilməsi haqqında müqavilə imzalanıb. Uzun illərdir ki, “niyə Alyaska ABŞ-a verilib” və “bu məsələyə necə münasibət göstərmək lazımdır”-mövzularında qızğın müzakirələr gedir.

    Yeqor Qaydar fondu və Sərbəst Tarixi Cəmiyyəti diskussiya təşkil etdilər. Bu diskussiya çərçivəsində tarix elmləri üzrə doktor Yuriy Bulatov və Aleksandr Petrov məsələ ilə bağlı ehtimal edilən bütün suallara cavab verməyə çalışdılar.



    Aleksandr Petrovun sözlərinə əsasən, 150 il əvvəl Rusiya Alyaskanı Birləşmiş Ştatları satmayıb, güzəştə gedib. Bu müddət ərzində hər iki tərəf baş verəni fərqli başa düşüb. Bu isə hər iki tərəfdə bir-birinə zidd nöqteyi-nəzərin yaranmasına səbəb olub. Bununla yanaşı, tarixdə baş verən bu hadisə hələ də cəmiyyəti yaxından maraqlandırır. Bunun isə bir neçə səbəbi var. Birincisi, Rusiya qiymətli faydalı qazıntılar və neft hesabına Asiya-Sakit Okean regionunda açar mövqeyinə sahib olan böyük bir ərazisini pulla satıb. Qeyd etmək lazımdır ki, bu anlaşma təkcə Amerika və Rusiyaya təsir etməyib. Fransa, Böyük Britaniya, İspaniya və bu dövlətlərin müxtəlif dövlət strukturları da müqaviləyə cəlb edilib.



    Alyaskanın satışı 1866-cı ilin dekabrından 1867-ci ilin mart ayına qədər olan dövrdə baş verib. Amma pul kifayət qədər gec verilib. Məhz bu vəsaitlə Ryazan istiqamətində dəmiryolu xətti inşa edilib. 1880-ci ilə qədər Alyaskanı idarə edən Rusiya-Amerikan şirkəti səhmlərinə görə dividentlər ödəyirdi.

    Sözügedən struktur 1799-cu ildə təşkil edilib. Onun təməlini İrkutsk və Voloqodskiy quberniyalarının tacirləri qoyub. Şirkət bu tacirlər tərəfindən qorxu və riskə görə təşkil edilib. Qolikov və Şelexov adlı tacirlərin fikrinə görə, II Yekaterina haqlı deyildi. Şelexov imperatriçəyə məktub göndərərək şirkətinə 20 il müddətinə inhisar imtiyazı və 200 min rubl (o dövr üçün çox böyük məbləğ idi-red.) faizsiz ssuda verilməsini istəyirdi. Yekaterina məktuba rədd cavabı verərək bildirdi ki, onun əsas diqqəti Krıma yönəlib və inhisar məsələsində maraqlı deyil.



    Tacirlər çox inadkar idilər və bütün vasitələrlə rəqiblərini sıradan çıxarırdılar. I Pavel faktiki olaraq monopol şirkətin qurulmasını qanuniləşdirdi və 1799-cu ildə ona imtiyazlar verdi. Tacirlər baş idarənin İrkutskdan Sankt-Peterburqa köçürülməsi və bayrağın qəbul edilməsinə də nail oldular. Başqa sözlə, bu həqiqətən də özəl şirkət idi. Zaman keçdikcə tariclərin yerinə hərbi dəniz donanmasının nümayəndələrini təyin etməyə başladılar.

    Alyaskanın təhvil verilməsi prosesi knyaz Konstantin Nikolayeviçin məşhur məktubundan sonra başladı. Knyaz imperator II Aleksandrın qardaşı idi və məktub xairci işlər naziri Aleksandr Qorçakova ünvanlanmışdı. Məktubda sözügedən ərazinin Birləşmiş Ştatlara güzəştə gedilməsinin vacibliyindən söhbət açılırdı. Sonradan knyaz heç bir dəyişiklik qəbul etmədən mövqeyini daha da gücləndirdi.

    Anlaşma Rusiya-Amerika şirkətinin xəbəri olmadan imzalanıb. Anlaşma başa çatdıqdan sonra Rusiya tərəfdən hökmdarın və hökumət tərəfinin icazəsi sadəcə formal xarakter daşıyırdı. Maraqlıdır ki, sözügedən məktub Alyaskanın satılmasından düz 10 il əvvəl yazılıb.



    Petrovun sözlərinə görə, Rusiya və ABŞ arasında münaqişədən çox partnyor münasibətləri daha çox olub. Alyaska satıldıqdan sonra uzun müddət bu iki dövlət arasında dostluq münasibətləri hökm sürüb. Bu səbəbdən alimin fikrinə görə, Alyaskaya “rəqabət” sözünü şamil etmək düzgün deyil.

    Konstantin Nikolayeviçin mövqeyinə gəldikdə isə, bu mövqe izahedilməz və yersiz idi. Amma o dövrdə cəmiyyətdə mövcud olan heç bir qanun, norma vəhüquq pozulmamışdı. Formal nöqteyi-nəzərdən hər şey düzgün edilmişdi. Amma bununla belə, anlaşmanın hansı şəraitdə və necə imzalanması bir sıra suallara səbəb olur.

    Petrovun sözlərinə əsasən, o dövrdə mövcud olan yeganə alternativ Rusiya-Amerikan şirkətinə regionda hərəkət etməyə imkan yaratmaq və sözügedən bölgəyə mərkəzi Rusiya və Sibir əhalisini köçürmək, kəndli islahatları və təhkimçilik hüququnun ləğvi ilə əlaqədar daha geniş əraziləri özəlləşdirməyə davam etmək idi. Sual isə bu idi ki, buna güc çatdırmaq mümkün olacaqdı yoxsa yox?



    Yuriy Bulatov qeyd edir ki, Alyaskanın satılmasına günümüzdə çox böyük diqqət ayırırlar. 1997-ci ildə Böyük Britaniya Honkonqu Çinə qaytardı. Bu zaman isə Rusiya müxalifəti rəsmi Moskvanın nə vaxtsa əlindən alınan Alyaskanı geri qaytarmaq məcburiyyətində olduğunu bildirdi. Guya Alyaska satılmayıb. Bu səbəbdən amerikalılar ərazidən istifadə etdikləri üçün pul ödəməlidirlər.
    Bu mövzu nəinki alimləri, həm də geniş ictimaiyyəti maraqlandırır. Bu mövzu ilə bağlı çoxsaylı maraqlı, emosional məqalələr var. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə, Rusiya prezidenti ilə canlı müsahibə zamanı Alyaska ilə bağlı sual səsləndirildi. Bu suala Vladimir Putin belə cavab verdi: “Əsəbləşməyə dəyməz. Rusiyaya rus Amerikası lazım deyil”.

    Problem isə bundadır ki, hadisənin həqiqətən baş verdiyini əks etdirən heç bir sənəd Rusiyada yoxdur. Məlumdur ki, 1886-cı ilin 16 dekabr tarixində xüsusi iclas keçirilib. Amma alimin sözlərinə əsasən iclas qanuni deyildi və burada qəbul edilən qərar qeyri-qanuni idi və heç bir hüquqi yükü yox idi.

    Bununla yanaşı, Bulatov qeyd edir ki, Romanovlar sülaləsinin Amerikaya böyük sevgisini və Alyaskanın satılmasının sirrlərini araşdırmaq lazımdır. Çünki bu məsələdə müəmma var.



    Müqavilədə qeyd olunan bəndə əsasən, o dövrdə rus Amerikasında olan bütün arxiv sənədləri Birləşmiş Ştatlara verildi. Çox güman ki, amerikalılar nəyisə gizlətməyə çalışırdılar və bu yolla özlərini sığortalayıblar.

    Bununla yanaşı, hökmdarın sözü qanundur. Əgər o, Alyaskanın satılması qərarına gəlibsə, deməli belə lazımdır. Konstantin Nikolayeviçin Qorçakova 1857-ci ildə yazdığı məktubun da öz səbəbləri var idi. Nazir öz səlahiyyətləri doğrultusunda bu barədə hökuməti məlumatlandırmalı idi. Amma bu dəfə imperator yazmışdı ki, bu ideya ətrafında düşünmək lazımdır.

    Bulatovun fikrinə görə, məktubda ortaya atılan arqumentlər hətta günümüzdə də təhlükəlidir. Rusiya coğrafiya cəmiyyətinin sədri olan Konstantin Nikolayeviç qəflətən kəşf etdi ki, Alyaska imperiya mərkəzindən kifayət qədər uzaqda yerləşir. Amma məsələ burasındadır ki, niyə Kamçatka, Çukotka və ya Saxalin yox, məhz Alyaska satılmalı idi?



    Məktubda gətirilən arqumentlərdən biri də o idi ki, Rusiya-Amerikan şirkəti gəlir gətirmir. Əslində isə, belə deyildi. Çünki şirkətin gəlirlə işlədiyini sübut edən sənədlər var. Üçüncü məqam isə guya xəzinənin boş olması idi. Həqiqətdə bu reallıq idi. Amma 7.2 milyon dollar vəziyyəti köklü surətdə dəyişə bilməzdi. O illərdə imperiyanın büdcəsi 500 milyon rubl idi. 7.2 milyon dollar isə cəmi 10 milyon rubl idi. Bundan başqa o dövrdə Rusiyanın 1.5 milyard rubl borcu var idi.

    Məktubda eyni zamanda qeyd edilmişdi ki, hərbi münaqişə başlasa, Rusiya bu ərazini saxlaya bilməyəcək. Amma alimin sözlərinə görə, bu, reallığa uyğun deyildi. 1854-cü ildə başlayan Krım müharibəsi təkcə Krımda yox, Uzaq Şərqdə və Baltiklərdə gedirdi.

    Petropavlovsk-Kamçatkadakı donanmanın rəhbəri, gələcəyin admiralı Zavoyko ingilis-fransız eskadrasının hücumunun qarşısını ala bildi. Konstantin Nikolayeviçin əmri ilə 1863-cü ildə iki eskadra Nyu-York və San-Fransiskoya tərəf yönəldildi. Bununlada ABŞ-da vətəndaş müharibəsinin beynəlxalq münaqişəyə çevrilməsinin qarşısı alındı.



    Nəhayət, məktubda gətirilən sonuncu arqument bu idi ki, əgər Rusiya Alyaskanı Amerikaya satsa, ölkələr arasında əla münasibətlər yaranacaq. Bulatov qeyd edir ki, belə halda, Alyaskanı Böyük Britaniyaya satmaq daha yaxşı olardı. Çünki o dövrdə Rusiya və Amerika arasında heç bir ümumi sərhəd yox idi və ingilislərlə müqavilə imzalamaq daha sərfəli idi.

    Alimin sözlərinə görə, belə dəlillər cinayətdir. Dövrümüzdə onların əsasında istənilən ərazini, Kuril adalarını və ya Kalininqrad vilayətini də satmaq olar. Onlar da mərkəzdən kifayət qədər uzaqdır və dövlət xəzinəsi boşdur. Hərbi münaqişə zamanı bu əraziləri saxlamaq kifayət qədər problemli məsələ olardı. Ərazini alan dövlətlə də münasibətlər yaxşılaşar. Amma hansı müddətə? Alyaskanın satılması təcrübəsi göstərdi ki, münasibətlər uzun müddətə yaxşı olmur.

    Rusiya və Amerika arasında dostluq münasibətləri yox idi. Bu müqavilənin qısa müddətə imzalanması və müəyyən faktlar bunu sübut edir.

    Maraqlı fakt: “Rusiya 1963-cü ildə Birləşmiş Ştatlarla Sibir ərazisindən keçməklə rus Amerikası ərazisinə teleqraf xəttinin çəkilməsi barədə müqavilə imzaladı. Amma Alyaskanın satılmasına bir ay qalmış, yəni 1867-ci ilin fevral ayında amerikalılar müqaviləni ləğv etdilər və bəyan etdilər ki, teleqraf xəttini Atlantik okeandan çəkmək niyyətindədirlər. Cəmiyyətin bu məsələyə münasibəti kifayət qədər mənfi idi. Dörd il ərzində amerikalılar Rusiya ərazisində kəşfiyyat fəaliyyəti apardılar və qəflətən layihədən imtina etdilər.

    Bulatov qeyd edir ki, əgər Alyaskanın satışı barədə müqavilədən danışsaq, bu zaman onu qalib və məğlub arasındakı razılaşma saya bilərik. Formul özü-özünə məsələni ortaya çıxarır: “Amerika hüquqa malikdir, Rusiya isə şərtləri yerinə yetirməlidir”.

    Beləcə, alimin fikrinə görə, Romanovlar sülaləsi ilə ABŞ arasında dostluq yox, düşmənçilik münasibətləri olub. Bununla yanaşı, baş verənlərdən ictimaiyyətin xəbəri olmurdu. Daxili işlər naziri Valuyev, baş nazir Qaqarin və hərbi nazir Milyutin müqavilə barədə faktı qəzet vasitəsilə öyrəniblər. Əgər bu məsul vəzifə tutan nazirlərin müqavilədən xəbəri olmayıbsa, deməli, onların müqavilənin əleyhinə olacağı barədə təhlükə olub. Rusiya və Birləşmiş ştatlar arasında münasibətlər dostluq münasibətləri deyildi.

    Hikmət Həsənov

    Ölkə.Az
    ŞƏRH YAZ 0 0 PAYLAŞ

    Səməd Seyidov:
    10:25Bu gün Siyasət
    Səməd Seyidov: " Avropa Şurasında islahatlar dövrü çoxdan başlamalı idi"
    0 0
    Ötən gün 121 cinayət faktı qeydə alınıb
    10:21Bu gün Ölkə
    Ötən gün 121 cinayət faktı qeydə alınıb
    0 0
    Metropoliten işçisi soyğuna məruz qaldı
    10:12Bu gün Hadisə
    Metropoliten işçisi soyğuna məruz qaldı
    0 0
    Kimsə sizə qarşı intriqa hazırlayır...
    Kimsə sizə qarşı intriqa hazırlayır...
    00:49Bu gün 2680 Maraqlı
    A
    "Ölkə.Az" Milli.az-a istinadən günün ulduz falını təqdim edir:
    Qoç - rəqiblərlə təmaslar üçün əlverişli zamandır. Mübahisədə uduzmamağa çalışın. Nə qədər paradoksal olsa da, tələskənlik gecikmələrə rəvac verəcək. Başladığınız işi diqqətlə görün. Vaxt qıtlığı hiss olunsa da, vurnuxmayın.

    Günün ikinci yarısında sevdiyiniz insanla söhbət zamanı məişət problemlərini müzakirə etməyin. Fəlsəfi, intellektual mövzularda söhbəti ertələyin.

    Axşam saatlarında fiziki təmrinlərlə məşğul olun. Amma intensiv məşqi seçməyin.

    Buğa - fəaliyyət göstərdiyiniz sahədəki çətinliklər və maliyyə problemlərinin sayı az deyil. Onların hamısını bu gün həll etmək mümkün deyil. Yaranmış situasiyanı soyuqqanlı şəkildə dəyərləndirin. Belədə bir sıra problemlərin yaranma səbəblərini anlayacaqsınız.

    Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərə fikir verin. Ailə üzvləri ilə təmaslarınızda aqressivliyə yer olmamılıdır. Bəzi qohumlarınız davranışınızdan narazıdır.

    Əkizlər - hərəkətləriniz qarışıq, laübəli, məntiqdən kənar olmasın. Pul xərcləməzdən əvvəl yaxşıca düşünün. Alış-veriş faydasız alına bilər. Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların istəklərinə kor-koranə riayət etməyin.

    Günün ikinci yarısında ailədə qəfil situasiya formalaşa bilər. Tənqid və iradların sayını artırmayın. Yaxınlarınızla münasibətlərin saf-çürüyünə başlamayın. Tarıma çəkilmiş əsəblər axşam saatlarına yaxın normallaşacaq. Romantik şam yeməyi istisna deyil.

    Xərçəng - ümumən pis gün deyil. Başladığınız işləri izafi çətinlik çəkmədən başa vura biləcəksiniz. Aktiv olun, süstlüyə qapılmayın. Tənbəllik etsəniz, rəqibləriniz sizi qabaqlayacaqlar. Rutin, hər gün məşğul olduğunuz işlərə başdansovdu yanaşmayın. Qəfil mənbədən gəlir əldə edə bilərsiniz.

    Günün ikinci yarısında yaxınlarınızla münasibətlər idealdan çox uzaq olsa da, nigaran qalmayın. Önəmsiz, kiçik məsələlərə görə mübahisələr etməyin. Ailə üzvlərinizdən biri ilə bağlı qeybət edənə sərt, layiqli cavab verin.

    Axşam saatlarında normal istirahət etməyə çalışın.

    Şir - hadisələrin axarına süni təkan verməyə çalşımayın. Düşünülməmiş qərarlar və tələsik addımlar uğur əldə etmək şanslarınızı azaldacaq. Yaxşı düşünüb-daşının, proseslərə kənardan baxmağa çalışın. Yalnız öz maraqlarınızı düşünməyin. Yaxın ətrafınızdakı insanların da mənafelərini unutmayın.

    Günün ikinci yarısında maliyyə işlərində ehtiyatlı olun. Yaxşı tanımadığınız insanlarla sövdələşməni müzakirə etməyə dəyməz.

    Şəxsi həyatınızdakı vəziyyət narahatlığınıza səbəb olacaq. Tanışlardan biri ilə anlaşılmazlıq münaqişəyə çevrilə bilər. Səbrli, təmkinli olmasanız, münasibətlər, ümumiyyətlə, kəsilə bilər.

    Qız - günün ilk yarısında əhvalınız sürətlə dəyişəcək. Şəxsi mənfəətinizi düşünərək eqoistlik etməyin. Dəyər verdiyiniz insanların maraqlarını düşünməyə çalışın. Beldə işlərinizdə ciddi uğurlara nail ola bilməyəcəksiniz.

    Günün ikinci yarısında önəmli məsələlərin həllini təxirə salmayın. Hisslərinizə qapılmayın. Emosional davranış yalnız zərər vəd edir.

    Şəxsi münasibətlərdə diqqətli davranın. Sevdiyiniz insanla ünsiyyətlərdə sərrast davranın. Heç bir səbəb olmadan şübhələnməyin. Qısqanclıq qərarlarınıza təsir edəcək.

    Tərəzi - planlaşdırdığınız işlər üçün o qədər də uğurlu olmayan situasiyadır. Gecikmələr, təxirəsalmalar, çətinliklər və problemlər qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişinizə ciddi maneələrə çevrilməməlidir.

    Günün ikinci yarısında genişmiqyaslı layihəyə başlamayın.
    Uzaq yola çıxmayın, səyahəti ertələyin. Daşınmaz əmlakla bağlı əməliyyatla məşğul ola bilərsiniz. Axşam saatlarında stressdən qurtularaq bir qədər istirahət edə bilərsiniz.

    Gəzintiyə çıxmaq imkanı varsa, durumdan yararlanın.

    Əqrəb - məqsədə doğru inamla və qətiyyətlə irəliləyin. İlk baxışdan adi, önəmsiz təsir bağışlayan situasiyalar işlərinizə maneələr yarada bilər. Narahat olmayın, təlaşa qapılmayın. Çətinlikləri impulsiv qərarla çözmək niyyəti yeni problemlər vəd edir.

    Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin neqativ təsirinə məruz qalmayın. Ağır situasiya çox çəkməyəcək.

    Müşküllərin həllini ailə üzvlərindən birinə həvalə etməyin. Axşam saatlarında müstəqil, təkbaşına istirahəti seçin.

    Oxatan - günün ilk yarısında sərt rəqabətlə üzləşə bilərsiniz. Sifarişçi, tərəfdaş və ya həmkarla sərt mübahisə etməyin. Kəskin fikr ayrılıqları işdə rəhbərliklə münasibətləri korlaya bilər. Vəziyyətin doğurduğu çətinliklərin öhdəsindən gələ biləcəyinizi düşünsəniz də, həddən ziyadə təşəxxüslü olmayın.

    Günün ikinci yarısında qərarlarınızın fəsadlarını və mümkün perspektivlərini düşünün. Addımlarınızı götür-qoy edin. Ailə həyatında sakitlik olmalıdır. Yaxınlarınızdan birinin davranışını bəyənməsəniz, sərt tənqidə üz tutmayın. Kimsəyə necə yaşamaqla bağlı dərs keçməyin.

    Süni narazılıqlara səbəb olmayın.

    Oğlaq - gündəlik və rutin qayğılar, asan işlər belə, ifrat yorğunluğa səbəb ola bilər. İş gününün sonunadək qüvvənizi və potensialınızı dürüst hesablayın. Ağır işə başlamayın. Təmasları azaldın, ünsiyyət çevrənizi məhdudlaşdırın.

    Günün ikinci yarısında heç bir əlavə işə başlamayın.

    Ev işləri və məişət qayğıları ciddi yanaşma tələb edir. Texnikanın sıradan çıxması, məişət avadanlığının işləməməsi mümkündür. Tanışlarınızdan biri sözünün üstündə durmayacaq, vədləri unudacaq. İti və kəsici alətlərlə işləyəndə sərvaxt olun.

    Dolça - günün ilk yarısında yaşamın və fəaliyyətin bütün sahələrində gərgin vəziyyət müşahidə olunacaq. Çalışdığınız sahədə qəfil yaranan situasiya sizi təbdən çıxarmamalıdır. İşdə həmkarlar və rəhbərliklə münaqişəyə başlamayın.

    Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə sözlərinizə fikir verin. Boş vədlərə aldanmayın. Sevdiyiniz insanı tənqid etməyin.

    Kimsə sizə qarşı intriqa hazırlayır. Tora düşməyin.

    Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Normal istirahət etməyi unutmayın.

    Balıqlar - texniki problemlərə və informasiya mübadiləsindəki problemlərə rəğmən çətin anlarda özünüzü itirməyin. Situasiyanı nəzarətdə saxlayın.

    İradəniz sayəsində maneələri dəf edin. Bilik və bacarıqlarınız layiqincə dəyərləndiriləcək.

    Günün ikinci yarısında yaxın ətrafınızdakı şəxslərdən birinin iradlarını eşidəcək, izafi tələbləri ilə qarşılaşacaqsınız. Nikbin olun. Münaqişənin alovlanmasına imkan verməyin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR