AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə qışın ən soyuq günü — 5 nəfər donaraq ölüb, ölkədə həyat iflic olub

  • + A
  • - A
  • 8-02-2018, 10:56

    İsveçdə qışın ən soyuq günü — 5 nəfər donaraq ölüb, ölkədə həyat iflic olub














    Bu gün İsveçdə qışın ən soyuq günü qeydə alınıb.
    AZTB.info İsveç Dövlət Meteoroloji Xidmətinə istinadən xəbər verir ki, ölkənin şimalını təsiri altına alan şiddətli qarla birlikdə havanın temperaturu -40 dərəcəyə enib.

    Ölkənin şimalında qar və fırtına səbəbilə fövqəladə vəziyyət elan edilib və məktəblər bağlanıb. Yaşı 65-dən yuxarı olan şəxslərə mümkün olduğu qədər bayıra çıxmamaq və avtomobil sürməmək xəbərdarlığı edilib.
    Bundan başqa şimal bölgələrdə baş verən qar fırtınası səbəbindən 5 nəfər donaraq ölüb. Rəsmilər quzey qütbündən gələn şaxtalı havanın hələ davam edəcəyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR