Tramp gəldi, dollar ucuzlaşdı, neft bahalaşdı
ABŞ milli valyutası olan dollar Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq vəzifəyə başladıqdan sonra ucuzlaşmağa başlayıb.
ABŞ pul vahidinin 10 əhəmiyyətli pul vahidi qarşısındakı seyrini göstərən "Bloomberg Dollar Spot" indeksi 0,1% geriləyib.
Bununla yanaşı, ABŞ-ın yeni prezidentinin ölkə mənfəətlərini nəzərə alacaq siyasət yürüdəcəyini bildirməsindən sonra qızıl bahalaşıb. Qiymətli metalın 1 unsiyası 1,204 dollara çatıb.
Texas nefti isə 2,8% yüksələrək 1 barrel üçün 52,79 dollar təşkil edib. (BAKU.WS)