Sarkozi sərbəst buraxıldı — YENİLƏNİB
Fransanın sabiq prezidenti Nikola Sarkozi sərbəst buraxılıb.
Fransanın sabiq prezidenti Nikola Sarkozi dindirildikdən sonra sərbəst buraxılıb. Sabiq prezidentin dindirilməsi 25 saat davam edib.
***
Nikola Sarkozi 2007-ci ildə keçirilən seçkilərə görə istintaqa cəlb edilib. Bu gün isə istintaqa gedən Nikolanın fotoları çəkilib.
Sarkozi vəkili ilə istintaqa getmək üçün evdən çıxıb.
Qeyd edək ki, Sarkozi 2007-ci ildəki seçkilərdə Liviyanın mərhum lideri Müəmmar Qəddafidən pul yardımı almaq iddiası ilə açılan cinayət işində şübhəli şəxsdir. Fransa mətbuatının xəbərinə əsasən, 2006-cı ilin dekabr ayında Trablusdan Parisə 5 milyon avro aparılıb. Bu pul Sarkoziyə çatıb.