"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 20-ci turunun matçında "Sevilya" üzərində qazanılan qələbəni şərh edərkən Madrid təmsilçisi "Real"ı La Liqanın bu mövsümünün favoriti adlandırıb. Azadmedia.az xəbər verir ki, onun sözlərini Sport.es yayıb.
“Barselona”nı favorit yox, namizəd hesab edirəm. Favorit İspaniya çempionatının və Çempionlar Liqasının hazırkı çempionu olan Real Madrid olmaqda davam edir. Qalan bütün titulları qazanmaq imkanımız var, amma bunu meydanda təsdiqləməliyik. Eyforiya yaxşıdır, lakin onun qarşısını almaq lazımdır”, - Xavi bildirib.
Qeyd edək ki, 58-ci dəqiqədə hesabı "Barselona"nın futbolçusu Qordi Alba açıb. 70-ci dəqiqədə Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Qavi dubl edib. Bundan 9 dəqiqə sonra hücumçu Rafinya “Barselona”nın üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Beləliklə, "Barselona" 53 xalla İspaniya çempionatının turnir cədvəlində birinci yeri təmin edib. Kataloniyalılar ikinci pillədə qərarlaşan "Real Madrid"dən 8 xal qabaqlayır. "Sevilya" 21 xalla 16-cı yerdədir.
Fevralın 12-də “Barselona” səfərdə “Vilyarreal”la qarşılaşacaq. Bir gün əvvəl “Sevilya” doğma meydanda “Malyorka” ilə qarşılaşacaq.
Xatırladaq ki, Xavi daha əvvəl "Barselona"nı "Sevilya"ya qalib gəldiyinə və "Real"dan 8 xal qabaqladığına görə tərifləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.