İT mütəxəsislər dünyanın sonuna hazırlaşır
Silikon vadisinin İT milyonçuları silah, patron, motosiklet və yeraltı bunkerlər alaraq dünyanın sonuna hazırlaşırlar
Bu barədə “The Independent” məlumat yayıb.
“LinkedIn” sosial şəbəkənin təsisçisi Rid Hoffman hesab edir ki, Kaliforniya varlılarının ən azı yarısı apokalipsisə aktiv hazırlıq aparır.
“Facebook” eks-rəhbərlərindən olan Antonio Qarsiya Martines də Sakit Okean adalarından birində tikdirdiyi evi generator, günəş batareyaları və konservləşdirlimiş qida ilə təchiz edib. Bundan əlavə evə silah tədarükü də görüb.
Qəzetin məılumatına görə, aparıcı İT mütəxəsislər daha çox süni zəkadan və onun yarada biləcəyi təhlükədən qorxurlar.