AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranlı şahmatçı barəsində həbs qərarı verilib - SƏBƏB

  • + A
  • - A
  • 17-02-2023, 14:00

    İranlı şahmatçı barəsində həbs qərarı verilib - SƏBƏB

    İranlı şahmatçı Sarasadat Xademəlşəriyə Qazaxıstanda keçirilən dünya çempionatına hicabsız qatıldığı üçün barəsində həbs qərarı verilib.

    26 yaşlı qrossmeyster bu səbəbdən İspaniyaya mühacirət edib.

    Xademəlşəriyənin sözlərinə görə, İran hakimiyyəti ölkəyə qayıtmaq icazəsi müqabilində ondan hərəkətinə görə peşman olduğunu ifadə edən video dərc etməyi istəyib. Ancaq şahmatçı atdığı addımdan peşman olmadığını vurğulayıb: “Hicabın açılması İranda bu hərəkatın simvollarından birinə çevrildi və mən də nəhayət, sevdiyim işlə məşğul olmağa, özüm olmağa qərar verdim”.

    İran yığmasının heyətində dəfələrlə Şahmat Olimpiadasında iştirak edən Sarasadat Xademəlşəriyə 12 və 16 yaşadək qızlar arasında dünya çempionu olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR