AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sadıxov UFC debütündə texniki nokautla qalib gəlib

  • + A
  • - A
  • 19-02-2023, 11:22

    Sadıxov UFC debütündə texniki nokautla qalib gəlib

    Azərbaycan əsilli amerikalı döyüşçü Nazim Sadıxov fevralın 19-na keçən gecə Las-Veqasda keçirilən UFC Fight Night 219 turnirində Evan Elderə qarşı UFC-də debüt döyüşünü keçirib.

    Azadmedia.az xəbər verir ki, bu qarşıdurma Elderin zədələnməsi səbəbindən həkimin döyüşü dayandırması nəticəsində üçüncü raundda texniki nokautla Sadıxovun xeyrinə başa çatıb.

    Sadıxov UFC ilə müqaviləni Dana White-ın Contender Seriyasında qazandığı qələbə sayəsində əldə edib. 2022-ci ilin avqustunda Nazim üçüncü raundda əfqan Əhməd Suhail Həsənzadəni nokautla məğlub etdi. İndi Sadıxovun səkkiz qələbəsi və bir məğlubiyyəti var.

    Elder ötən ilin aprelində UFC Fight Night 205 turniri çərçivəsində həmyerlisi Preston Parsonsa qarşı səkkizbuluğa çıxmışdı.Bu döyüş bütün məsafəni əhatə etmiş və yekdil qərarla Evanın məğlubiyyəti ilə başa çatmışdır. İndi onun yeddi qələbəsi və iki məğlubiyyəti var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR